Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya gələn il 5G və 6G rabitə texnologiyalarının inkişafına 2 mlrd. avro yatıracaq
Angela Merkel

"Koronavirus pandemiyası dünyadakı güclərin iqtisadi və sosial-siyasi balansını dəyişdirir".

"APA-Economics" xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel parlamentdə ölkənin 2021-ci il üzrə büdcəsinin müzakirəsi zamanı deyib.

O, Almaniyanın gələcəkdə hansı vəziyyətlə qarşılaşa biləcəyini qiymətləndirməyin lazım olduğunu vurğulayıb. Kansler bir sıra Avropa ölkəsi üçün ÜDM-də təxminən 10%-lik ciddi azalma olduğunu göstərən proqnozları misal çəkib.

Merkel Almaniyada ÜDM istehsalının 4-6% azalmasını diqqətə çatdırıb və resessiyanın ABŞ və Avstraliya kimi ölkələrdən də yan keçmədiyini bildirib: "Lakin Çin kimi virusla mübarizə apararaq, ili 1,9%-lik artımla başa vuracaq ölkələr də var".

Buna görə Merkel Almaniya iqtisadiyyatını böhrandan əvvəlki səviyyəyə qaytarmaq üçün ölkə hökumətini əlindən gələni əsirgəməməyə çağırıb.

"Almaniyanın bu çətin dövrü uğurla adlayan ölkələr arasında olacağını görməliyik. Federal büdcənin bunun üçün şərt olduğuna inanıram", - deyə o vurğulayıb.

Merkel büdcə vəsaitlərinin iqtisadiyyatın əhəmiyyətli sahələrinə yönəldiləcəyini də qeyd edib: "Gələn il hidrogen strategiyası üçün 9 mlrd. avro, süni intellektin inkişafına 2 mlrd. avro, kvant texnologiyalarına 2 mlrd. avro, gələcəyin 5G və 6G rabitə texnologiyalarının inkişafına 2 mlrd. avro ayrılacaq".

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »