Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistan səfiri: "Dinc sakinlərin öldürülməsi yolverilməzdir"
Bərdə

“Azərbaycanın dinc şəhərlərinə Ermənistanın hücumları nəticəsində ölən dinc sakinlərin sayı 80-i keçib. Bu, yolverilməzdir”.

“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov Bərdədə jurnalistlərə bildirib.

“Hər şeyi öz gözümüzlə gördük. Burada gördüklərimdən, dinc sakinlərin, xüsusilə də uşaqların öldürülməsindən çox kədərlənmişəm. Üstəlik dinc əhalinin atəşə tutulması get-gedə yeni-yeni əraziləri əhatə etməsi ciddi narahatlıq doğurur”, – o deyib.

Səfir Bərdənin raket atəşinə tutulması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verərək yaralananlara tezliklə şəfa tapmalarını arzulayıb.

Xatırladaq ki, əcnəbi diplomatik korpusunun nümayəndələri Bərdə şəhərinə raket hücumunun fəsadları ilə tanış olmaq üçün bu şəhərə səfər edib.

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »