Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransadan müsəlman ölkələrinə çağırış
Fransadan müsəlman ölkələrinə çağırış

Müsəlman ölkələr Fransa mallarını boykot etmələrini dərhal dayandırmalıdırlar.

TASS-ın məlumatına görə, belə bir tələb Fransa Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb.

Diplomatlar son zamanlarda bir sıra Yaxın Şərq əyalətlərində kənd təsərrüfatı məhsulları da daxil olmaqla, Fransa məhsullarının boykot edilməsinə çağırışların edildiyinə diqqət çəkiblər.

Xarici İşlər Nazirliyi belə çağırışların əsassız olduğunu deyərək, belə aksiyaları dərhal dayandırmağa çağırıblar.

Paris ayrıca bu ölkələrin rəhbərliyini də boykot çağırışlarından uzaqlaşmağa, həmçinin, Fransaya məxsus firma və müəssisələrin fəaliyyətlərinə yardım etməyə çağırdı.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamalarından sonra bir sıra müsəlman ölkələrində fransız mallarına boykot elan edilib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »