Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnkişaf etmiş Avropa ölkəsində Baş nazir postu yeniyetməyə verildi - Foto
İnkişaf etmiş Avropa ölkəsində Baş nazir postu yeniyetməyə verildi - Foto

İnsanların xoşbəxtlik indeksinə görə dünyanın ən qabaqcıl ölkələrindən olan Finlandiyada Baş nazir postu yeniyetmə qıza həvalə olunub.

Bizimyol.info xəbər verir ki, Baş nazir Sanna Marin qadın hüquqlarının təbliği kampaniyası çərçivəsində simvolik olaraq, hakimiyyəti 16 yaşlı yeniyetmə qıza təhvil verib. Aava Murto bir günlük Finlandiyanın Baş naziri olub.

Aava Murto Aava Murto

Parlament binasının pilləkənlərində Ədliyyə naziri ilə görüşdükdən sonra qız jurnalistlərə də “həyəcanlı gün” keçirməyi tövsiyə edib. qanunvericilik haqqında çox şey öyrəndiyi" bir "həyəcanlı gün" keçirmələrini tövsiyə etdi.O bildirib ki, bir gün ərzində qanunvericilik haqda bir çox yeni məlumatlar öyrənib.

Aava Murto Finlandiyanın cənubunda yerləşən Vyaeski adlı kiçik şəhərdəndir. O, Baş nazir olduğu günün ikinci yarısında deputatlara, Xarici Ticarət və İnkişaf nazirinə müraciət edib.

“Qızlar, qadınlar nə qədər vacib olduqlarını  daha yaxşı dərk eləməlidirlər. Texnoloji cəhətdən oğlanlar qədər bacarıqlı olduqlarını bilməlidirlər”, - deyə 16 yaşlı Baş nazir bildirib.

Beynəlxalq reytinqlərdə gender bərabərliyi məsələsində Finlandiyanın nəticələri yüksəkdir. Amma bu ölkədə də texnoloji şirkətlərdə, direktorlar şurasında qadınların iştirakıyla bağlı problemlər var.

Son xəbərlər
Bütün xəbərlər »