Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Merkelə yalvarıb: "Onları dayandırın"

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla döyüşlərə görə Almaniya kansleri Angela Merkeldən kömək istəyib. Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Paşinyan sentyabrın 28-də axşam saatlarında Merkellə danışıb. Gərgin döyüşlərin davam etməsilə əlaqədar narahatlığını çatdıran erməni baş nazir Merkelə Türkiyədən də şikayətlənib. Deyib ki, iyulda baş verən Tovuz hadisələrindən sonra Türkiyə reregionda aktivlik nümayiş etdirir. Paşinyan Türkiyəni dayandırmaq üçün Almaniyadan kömək istəyib.

Almaniya kansleri vəziyyətin gərginləşməsilə əlaqədar narahatlığını ifadə edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb. Merkel həmçinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh prosesinin bərpasının vacibliyini qeyd edib.

Xatırladaq ki, dünən Almaniya deputatı Barbara Hendriks Azərbaycanın ərazisinin işğal olunduğunu açıq mətnlə dilə gətirib. “Açıq-aşkardır ki, bu vəziyyətdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”,- deyə Hendriks Almaniyanın dünyaca məşhur “Deutsche Welle” nəşrinə açıqlamasında bildirib. O, əlavə edib ki, ermənilər üçün nə qədər ağır olsa da, Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf etməlidirlər. Bundestaq üzvünün açıqlaması barədə Bizimyol.info-nun xəbərini BU LİNKdən oxuya bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »