Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman deputat: “Ermənilər üçün ağır olsa da, etiraf etməlidirlər...”

Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Azərbaycanla Ermənistan arasında döyüşlərin başlanması Almaniya mediasında da xarici siyasət bölümünün əsas xəbəridir. Rəsmi Berlinin təmsilçiləri, Almaniya Bundestaqının deputatları baş verənlərə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Bundestaqda Alman-Cənubi Qafqaz parlament qrupunun sədri Barbara Hendriks Azərbaycanın ərazisinin işğal olunduğunu açıq mətnlə dilə gətirib. Sosial-demokratlar fraksiyasından olan deputat deyib ki, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etməlidir.

“Açıq-aşkardır ki, bu vəziyyətdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”,- deyə Hendriks Almaniyanın dünyaca məşhur “Deutsche Welle” nəşrinə açıqlamasında bildirib. O, əlavə edib ki, ermənilər üçün nə qədər ağır olsa da, Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf etməlidirlər.

Avropa Parlamentində Almaniyanı təmsil edən deputat, Yaşıllar partiyasının üzvü Sergey Laqodinski də hesab edir ki, vəziyyətin düzəlməsi üçün ermənilər güzəştə getməlidir: “Dağlıq Qarabağı müstəqil respublika kimi heç bir ölkə tanımayıb. O cümlədən, Ermənistan özü də. Hamı bu fikirlə razılaşır ki, bu ərazi Azərbaycanındır”.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »