Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus yayılan bazarda qaydalara necə əməl olunur... - Video

Koronavirusa görə bağlanan bazarda açılışdan sonra qaydalara əməl necə olunur

"Report"un məlumatına görə, "Şəki Bazarı" bu gün səhər saatlarından etibarən fəaliyyətini bərpa edib.

Şəkidə sentyabrın əvvəlindən bazar və ətraf ərazilərdə aparılan pandemiya ilə bağlı testlərin nəticələrində artım müşahidə olunması yerli qurumları ciddi tədbir görmək məcburiyyətində qoyub.

Belə ki, bazar ərazisində müxtəlif sahələrdə çalışan insanlardan COVİD-19 pandemiyası ilə bağlı götürülən test nümunələrinin nəticələrinin 12 nəfərdə müsbət çıxması bazarın fəaliyyətinin müvəqqəti dayandırlması ilə nəticələndi.

Virusun yayılma mənbəyinin daha çox bazar ərazisinin olması ehtimalına görə, şəhərin bazar və bazarətrafı hissələri bağlanıb.

Açılışdan sonra satıcılar artıq qaydalara riayət olunduğunu deyir. Bazarda əsas təhlükə mənbəyi ət və süd məhsullarının satış yeri hesab olunurdu. İndi isə qəssablar belə alıcıların gigiyenik qaydalara ciddi əməl etdiyini bildirir.

Şəki Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən operativ qərərgah yüzlərlə insanın gəlir mənbəyi olan bazarın təkrar bağlanmaması üçün bütün qabaqlayıcı tədbirləri görür.

Qeyd edək ki, bazarın bağlı qaldığı üç gün ərzində bazar ərazisi dezinfeksiya olunub.

Paylaş »
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
Son xəbərlər
Bütün xəbərlər »