Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”

“Öncə vurğulamaq istərdim ki, Ermənistanın Tovuzda törətdiyi təxribatlar zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi misilsiz dəstəyi, ölkəmizdə keçirilmiş birgə hərbi təlimləri, Türkiyənin Müdafiə naziri başda olmaqla ordu rəhbərliyinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. Prezident İlham Əliyevin Türkiyənin Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən vurğuladığı kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz daim bir-birimizin yanındayıq. Həm sevincli, həm də kədərli günlərimizdə. Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir. Hesab edirəm ki, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »