Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlərdən və avtomobildən pul oğurlayan şəxslər tutulublar

Paytaxtın Binəqədi rayonunda oğurluq etdiklərinə görə S.Cəfərov və S.Bəyalıyev rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin rayon ərazisində dörd evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyənləşdirilib.

Gəncə şəhərində R.Qəribovun idarə etdiyi “Ford” markalı avtomobildən 230 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən şəhər sakini O.Kualib isə Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Son xəbərlər
Bütün xəbərlər »