Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko xalqa təcili müraciət hazırlayır

Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa təcili müraciət hazırlayır.

Virtualaz.org bildirir ki, bu barədə “Kommersant FM” radiostansiyası dövlət başçısının mətbuat katibi Natalya Eysmonta istinadən Tvitterdə yazıb.

Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub.

Son xəbərlər
Bütün xəbərlər »