Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu!

Bilindiyi kimi, Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Rayon mərkəzi də daxil olmaqla kənd və qəsəbələrdə əhalinin içməli su ilə təminatı çətinləşib.

Ölkə başçısı Prezident İlham Əliyevin göstərişinə əsasən, yeni magistral su xəttinin tikintisinə başlanılıb və

cari ilin sonuna qədər başa çatdırılacağı gözlənilir. Hal-hazırda isə, rayonun içməli suya olan tələbatı

maşınlarla daşının su hesabına təmin olunur.

Bununla bağlı, ölkənin aparıcı banklarından biri olan Bank Respublika alqışlanacaq təşəbbüsə imza atıb.

Belə ki, Bank, Salyan şəhərindən Neftçalaya su maşınları vasitəsilə gündəlik içməli suyun daşınmasına start

verib. Su maşınları hər gün Neftçala şəhəri daxil olmaqla, rayonun kənd və qəsəbələrinə hərəkət edərək,

sakinlərə içməli su təminatı istiqamətində dəstək olacaq.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının yanında Operativ Qərargahın dəstəyi keçirilən aksiya mütəmadi

olaraq davam etdiriləcək.

Qeyd edək ki, bu təşəbbüs ölkənin iri özəl təşkilatları arasında ilk olaraq Bank Respublika tərəfindən

başladılıb. Bununla bağlı, Bank Respublikaya təşəkkür edir, digər özəl təşkilatların da aksiyaya

qoşulacağına ümid edirik!

Son xəbərlər
Bütün xəbərlər »