Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus Rusiya ilə sərhədə qoşun toplayır

Belarus Müdafiə Nazirliyi Rusiya ilə sərhəddə hərbi təlimlərə başladığını elan edib. Minsk bunun üçün avqustun 11-nə qədər Vitebsk vilayətinə qoşun yığacaq.

Bizimyol.info xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin sözçüsü Natalya Qavrisuk plan üzrə hərəkət etdiklərini deyib. Onun sözlərinə görə, Rusiya ilə gərginliyin məsələyə dəxli yoxdur, təlim çoxdan planlaşdırılıb.

“Hərbi qüvvələrdə bu proses həmişə aparılır. Təlimlər il ərzində davam edir”, - Qavrisuk deyib.

Bu gündən – iyulun 4-dən Belarusda 35 yaşına qədər kişilər 25 günlük təcili təlimlərə çağırılır. Vitebsk vilayətindən olanlara hamıdan əvvəl bildiriş gəlib.

Moskva, Kreml Moskva, Kreml / Foto: Pixabay.com

Belarusla Rusiya arasındakı soyuqlaşma Minskin Kremlin neftindən imtinasından sonra başlamışdı. Sonradan “Vaqner” döyüşçülərinin həbsi münasibətləri gərginləşdirdi. Belarus Təhlükəsizlik Şurasının baş katibi Andrey Ravkov açıq mətnlə Rusiyanı döyüşçü dəstələri yaratmaqla təxribat törətməkdə ittiham etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »