Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır

Sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət müəssisələrinin fəaliyyətinin keyfiyyət tələblərinə uyğunluğuna vahid nəzarət mexanizmi yaradılır.

Bizimyol.info xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd bu mexanizm əsasında həmin müəssisələrin fəaliyyətinin monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsidir. Müvafiq sahədə kadrların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin vaxtaşırı qiymətləndirilməsi, karyera inkişafı zamanı bu monitorinq qiymətləndirmənin nəticələri əsas götürüləcək.

Eyni zamanda, sosial xidmət müəssisələrinin yüksək ixtisaslı peşəkar kadrlarla komplektləşdirilməsi əsas hədəflərdən biridir. Bu məqsədlə sosial xidmətlər üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla meyarların hazırlanması da nəzərdə tutulub.

Paylaş »
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
››› Ərdoğanı “diktator” adlandıran avropalı baş nazirə sərt cavab verildi
››› Ən uzun və ən qısa oruc hansı şəhərlərdə tutulacaq
Son xəbərlər
Bütün xəbərlər »