Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada küçədə gəzərkən telefonla danışmaq qadağan olundu

Yaponiyanın cənubunda yerləşən Yamato şəhərində qeyri-adi qadağa tətbiq edilib. Bu şəhərin küçələrində gəzərkən telefonla danışmaq yasaq olunub.

Bizimyol.info xəbər verir ki, Yamatoda hesablamaya görə, insanların 12 faizi küçədə telefonla danışır. Bu isə şəhər nəqliyyatının işini ləngidir.

Qərar iyulun 1-dən qüvvəyə minir. Gələn ayın ilk günündən telefonla danışmaq istəyənlər ya hərəkət olmayan hissədə dayanmalı, ya da parka keçməlidir.

Yamato Kanaqava prefekturasında yerləşir. Şəhərdə 232.5 mindən çox əhalinin olduğu bildirilir. Eramızdan əvvəl Yaponiya ərazisində bu adda dövlət də olub.

Son xəbərlər
Bütün xəbərlər »