Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin keçmiş Sovet respublikalarına qarşı ərazi iddiası irəli sürdü

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rossiya 1 kanalında yayımlanan “Moskva. Putin. Kreml” proqramının efirindən maraqlı bəyanat verib.

Bizimyol.info-nun nöqteyi-nəzərindən bu açıqlama əslində Rusiya prezidentinin bir çox planlarına ayna tutmağa yardımçı ola biləcək qisimdəndir. Belə ki, dövlət başçısı qeyd edib ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların çoxuna Rusiyanın geniş əraziləri bəxş edilib. Bu torpaqlar sovetlər dağılarkən geri qaytarılmayıb.

“SSRİ-nin tərkibindən çıxanda bu respublikalar həmin torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”.

Yalta, Krım Yalta, Krım | Foto: Wikipedia.org

Vladimir Putin məhz hansı respublikaları və hansı torpaqları nəzərdə tutduğunu deməyib. Sadəcə qeyd edib ki, Sovet İttifaqı yaradılarkən həmin respublikalara ittifaqın tərkibindən çıxmaq hüququ verilsə də, çıxışın prosedurları barədə qeydlər edilməyib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »