Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalılar pul xərcləmək istəmir

Avropada kafelər, restoranlar işini bərpa edir. Amma avropalılar əvvəlki qədər bədxərc deyillər. Onlar pullarını bank hesablarında saxlamağa, daha az xərcləməyə üstünlük verir.

Bizimyol.info xəbər verir ki, avropalılar pul xərcləmək istəmir. İşsizliyin artması, səhiyyə böhranının ikinci dalğasının gözlənilməsi onları çox ehtiyatlı davranmağa vadar edir.

Madrid, İspaniya Madrid, İspaniya | Foto: Pixabay.com

Avropanın 4 böyük ölkəsində - Fransada, Almaniyada, İtaliyada və İspaniyada mart və aprel aylarında bank hesablarında toplanan məbləğ 100 milyard avronu keçib. Hesablarda əvvəlki illərlə müqayisədə üç dəfə çox vəsait toplanıb. İkinci kvartalda ingilislərin də banklara daha çox üz tutduğu müşahidə edilib.

Avropa Mərkəzi Bankının proqnozlarına görə, ilin ikinci yarısında avropalılar daha çox pul xərcləməyə başlayacaq. Hərçənd, onların 58 faizi maliyyə problemləri ilə üzləşib. Hər üç avropalıdan biri gəlir itkisi ilə qarşılaşıb. Daha 30 milyon nəfərin işini itirəcəyi gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »