Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda güclü zəlzələ

İranın cənubunda 5,7 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar saat 21:18 radələrində (GMT+4) qeydə alınıb. Zəlzələnin episentri Şiraz şəhərindən 216 kilometr cənubi-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Son xəbərlər
Bütün xəbərlər »