Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Türkiyə pandemiya başlayandan 125 ölkəyə dəstək verib”

“Pandemiya başlayandan indiyə qədər Türkiyə 125 ölkəyə dəstək verib”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu fikirləri “Pandemiya zamanı qaçqınların və yurdlarından didərgin düşən digər insanların vəziyyəti” adlı beynəlxalq telekonfransda bildirib.

Nazir bu dəstəklərin davam edəcəyini deyib.

Yaşanan böhranda qaçqınların ən həssas qrupa daxil olduğunu vurğulayan Çavuşoğlu Türkiyə tərəfindən bu insanların problemlərinin G20 dövlətlərinin, Meksika-İndonezya-Cənubi Koreya-Türkiye-Avstriya (MIKTA), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türk Şurası kimi beynəlxalq təşkilatların toplantılarında səsləndirildiyini deyib.

M. Çavuşoğlu bu məsələdə bütün dünyanı həmrəy olmağa səsləyib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »