Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğluyla Lavrov arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazirlər dünyada koronavirus xəstəliyinin tədricən azalması fonunda iki ölkənin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirləri Yaxın Şərqdəki cari hadisələr barədə fikir mübadiləsi aparıblar, Liviya məsələsinin tənzimlənməsini müzakirə ediblər və beynəlxalq vasitəçilərin iştirakı, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə tərəflər arasında birbaşa danışıqlar yolunan ən qısa müddətdə Fələstin-İsrail problemlərinin aradan qaldırılmasından danışıblar.

Son xəbərlər
Bütün xəbərlər »