Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Liviyada rus casuslarına verilmiş tapşırıqlar - Faktlar açıldı

Liviyada yaxalanan rus casusları Maksim Şoqali və Samer Suefaninin fəaliyyət və əsas hədəfləri ictimaiyyətə açıqlanıb.

Teleqraf.com xəbər verir ki, agentlər “Vlevski astrov” şirkətində işləyib və Liviyadakı hərbi-iqtisadi durum haqqında hesabat hazırlayıblar.

Casuslar eyni zamanda Liviya məhkəməsi tərəfindən axtarışa verilmiş Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi ilə bir neçə dəfə görüşüblər.

Liviya hökumətinə yaxın mənbələr qeyd edib ki, “Vlevski astrov” Liviyada mümkün seçki zamanı Rusiyaya yaxın namizədlərin qazanması üçün fəaliyyət göstərir.

Liviya kəşfiyyatı müəyyən edib ki, həbs olunan agentlərə Aleksandr Prokofiev və Konstantin Aleksandr adında daha iki casus köməklik göstərib. Maliyyə əməliyyatları həyata keçirmək məqsədilə saxta şirkət möhürləri hazırlanıb və gözlənilən seçkilərə təsir etmək, informasiya toplamaq üçün liviyalıları işə götürməyə başlayıblar.

Casusların komputer və mobil telefonlarında aparılan araşdırma zamanı bəlli olub ki, Liviyada Rusiya hərbi bazası qurmağı təmin etmək, ABŞ-ın burada baza yaratmasına mane olmaq və Liviyanın neft-qaz sahəsinə nəzarət kimi strateji məqsədlər olub

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »