Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dağlıq Qarabağdakı separatçı rejimi dünyanın heç bir ölkəsi tanımayacaq"

“Fransa qondarma “Dağlıq Qarabağ Respublikası”nı heç vaxt tanımayacaq. Təkcə Fransa deyil, dünyanın heç bir ölkəsi onu tanımayacaq. Çünki beynəlxalq hüquq normaları pozulub və Azərbaycana məxsus olan torpaqlar işğal olunub. Bu gün qondarma “Dağlıq Qarabağ Respublikası”nın 75-80 faizi Ermənistan tərəfindən maliyyələşir".

Bu fikirləri “Report”un yerli bürosuna Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin prezidenti Naim Asas bildirib.

Onun sözlərinə görə, hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransanın Dağlıq Qarabağ münaqişəsini prioritet məsələ kimi bəyan etməməsi onun mövqeyinin dəyişməsi demək deyil: “Fransa Dağlıq Qarabağ münaqişəsi mövzüsunda çox ehtiyatla davranır. Çünkü Dağlıq Qarabağ münaqişəsi beynəxalq əhəmiyyət kəsb edən məsələdir və bu səbəbdən də Fransa bu məsələdə tək qərar vermir. Lakin Fransa Dağlıq Qarabağ münaqişəsini unutmayıb. Xüsusilə Fransa hökuməti beynəxalq hüquq normalarına gələndə geri çəkilmək fikrində deyil. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi də beynəxalq hüquq məsələsidir".

N.Asas Fransada bir sıra merlərin Dağlıq Qarabağdakı separatçı rejimlə əməkdaşlıq əlaqələri qurmağa cəhd etməsinə də münasibət bildirib: “Fransada yerli idarəetmə orqanları, meriya, departamentlərin hüquqları çoxdur. Hökumətin onlar üzərində hüquqları o qədər də yüksək deyil. Bununla belə, Fransa hökuməti onlara qondarma “Dağlıq Qarabağ Respublikası” ilə dostluq xartiyaları imzalamağa imkan vermir. Bu da Fransa hökumətinin Qarabağ məsələsində qəti mövqeyini və dönməzliyini nümayiş etdirir".

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Son xəbərlər
Bütün xəbərlər »