Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
70 il əvvəl SSRİ-də gələcəyi necə təsəvvür edirdilər

İkinci Dünya Müharibəsindən sonra SSRİ-də həm hökumət, həm də insanlar xeyli nikbinləşmişdi.

Düzdür, müharibə sovet adamına ciddi zərbə vurmuşdu, itkilər böyük idi. Amma həm də gələcəyə nikbin baxış hökm sürürdü.

Bizimyol.info xəbər verir ki, 70 il əvvəl SSRİ-də gələcəyi sovet adamı üçün xeyli xoşbəxt təsəvvür edirdilər. Heç kimin qələbədən sonra ağlına gəlmirdi ki, XXI əsrdə imperiya olmayacaq. Sovet İttifaqı hakimiyyəti dünyanın ən qüdrətli dövləti olduğuna, zamanla daha da güclənəcəyinə inam ifadə edirdi. Əlbəttə, insanların rifah halının yüksəlməsinə çox da köklənməmişdilər. Daha çox texnikanın inkişaf perpektivləri haqda düşünülürdü.

Qələbəyə baxmayaraq, müharibə SSRİ hakimiyyətinin və insanının gözünü çox qorxutmuşdu. Buna görə də ideyalardan biri yeraltı şəhər idi.

Sovet jurnallarında bununla bağlı çertyojlar da əksini tapmışdı.

Proqress MS-09 Proqress MS-09 kosmik stansiya

Bəzi ideyalar indi günümüzlə səsləşir. Məsələn, kosmik stansiya, xüsusi istiqamətləndirməyə ehtiyacı olmayan nəqliyyat vasitələri. Hər halda, insanlıq sürücüsüz maşınları istehsal etməyi bacardı. Amma kosmosla bağlı bir çox ideyalar hələ də həyata keçməyib.

Bir də ideyalar arasında relssiz qatarlar diqqət çəkir. SSRİ-də nədənsə bu haqda xəyallar qurmuşdular.

Son xəbərlər
Bütün xəbərlər »