Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin baş katibi: "Koronavirusa qarşı peyvəndin hazırlanması üçün görüləcək işlər çoxdur"

“COVID-19 bütün nəsillərin üzləşdiyi ən böyük ictimai sağlamlıq problemidir və hazırda onun peyvəndi yoxdur”.

APA-nın xəbərinə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş “Qlobal Peyvənd Sammiti”ndə çıxışı zamanı deyib. “Biz koronavirus peyvəndinin üzərində birlikdə çalışarkən bunu bilməliyik ki, peyvənd özlüyündə kifayət deyil. Biz peyvəndin hər yerdə hər kəs üçün əlçatan olmasından ötrü qlobal həmrəylik nümayiş etdirməliyik. COVID-19 xalqların peyvəndi olmalıdır. Bu istiqamətdə Vaksinasiya və İmmunizasiyalar üzrə Qlobal Alyansı (GAVI) səylər göstərir. BMT olaraq, biz də bu işdə iştirak edirik. Hələ görüləcək işlər var”, - deyə baş katib vurğulayıb.

A. Quterreş qeyd edib ki, bu gün 21 milyon uşaq peyvənd edilə bilmir: “COVID-19-la əlaqədar vəziyyət daha da pisləşib. İmmunlaşdırma prosesi zəifləyib”.

Paylaş »
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »