Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
İlkin Süleymanov

Bu gün Səbail rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanov barəsində qapalı məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev verdiyi məlumata görə, məhkəmə iddia və vəsatətləri təmin etməyib.

“İşgənclərin araşdırılması ilə bağlı ekspertiza təyin olunmayıb. Biz məhkəmədə bu barədə vəsatət qaldırıb araşdırımanın aparılmasını tələb etdik. Amma bu şikayətimiz təmin olunmadı”,-deyə Ə.Rzayev bildirib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Paylaş »
››› Ermənistan döyüşdəki itkilərini açıqlamağa başlayıb
››› Ramaldanov: “Bizim generallarımız kabinet generalı deyillər”
››› Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Şəhid generalımız haqda: “Ölümdən qorxmadan briqadaya kimi sürmüşdü erməni traktorunu”
Son xəbərlər
Bütün xəbərlər »