Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirus Azərbaycanda daha bir təhlükə yaradıb - Ekspert rəyi
qadin_isgence_intihar_0236

İntihar edənlər arasında müxtəlif yaş qruplarına mənsub olan insanlar var. Təkcə may ayında ölkədə ümumilikdə 20-yə yaxın intihar və intihara cəhd hadisəsi baş verib.

İntihara sövq edən səbəblər nədir? Pandemiya və karantin rejimi intiharların artmasına səbəb ola bilərmi?

Sosioloq Əhməd Qəşəmoğlu Redaktor.az-a bildirib ki, insanların intihara cəhd etməsinin əsas səbəblərindən biri sabaha olan ümid və inamın itirilməsidir:

Əhməd Qəşəmoğlu Əhməd Qəşəmoğlu

"Hər bir adam, xüsuilə də gənclər çalışır ki, həyatda özünü təsdiq etsin. Özünü təsdiq edə bilmirsə, onda psixoloji sarsıntıları olur. Koronavirus epidemiyası dövrü də bu sarsıntıları gücləndirib. Çünki bundan əvvəl insanların başı müəyyən sosial işlərə qarışırdı. Lakin koronavirus dönəmində insanlar evdə təcrid olundular, evdə qalmağa çağırıldılar, iş yerləri bağlandı, işlər dayandı. Bundan sonra cəmiyyətin bir qrup üzvünün vəziyyəti pisləşməyə başladı. Təsəvvür edin ki, sosial vəziyyətlə əlaqədar, 4-5 yerə pul xərcləməlisən və bunların hamısı birdən-birə kəsilir. Özünü təsdiq edə bilməmə gərginliyinə ümidsizlik gəlir. Bu zaman əsəb sarsıntıları daha da güclənir. İntihara səbəb olan əsas məqamlardan biri də sabaha olan ümidsizlikdir. Belə olan halda isə insanın özündən asılı olmayaraq, beynində elə proseslər gedir, elə psixoloji dəyişikliklər baş verir ki, insan özü də ağlına gətirmədiyi halda bu yola əl atır".

Sosioloq qeyd edib ki, cəmiyyətdə bu cür məsələlərin həll edilməsi üçün elmi metodlara ehtiyyac var:

"200 ildir ki, Avropa bu sahədə elm sahələrini inkişaf etdirir. Bunlara sosialogiya, sosial psixologiya, sosial idarəetmə, sosial iş və s. daxildir. İnsanın davranışına 4 mühüm faktor təsir göstərir: insanın öz fitrəti, özünün potensialı, psixoloji durumu; mühit; aldığı informasiyalar; önəm verdiyi dəyərlər. Bu faktorlar birlikdə insanın davranışlarını formalaşdırır. Biz bu problemin genişlənməsinin qarşısını almaq istəyiriksə, bu faktorları və onlarda olan mövcud problemləri araşdırmalı, elmi metodlar əsasında həll yollarını tapmalıyıq".

Psixoloq-konsultator Murad İsayev isə qeyd edib ki, insanın depresiyyaları, gərginlikləri varsa, onlar heç bir sosial-ictimai aktivlik olmadıqda daha da artır. Bunun üçün insanların hər zaman, xüsusən karantin dönəmində hər hansı bir məşğuliyyətə sahib olmaları tövsiyyə olunur:

"Təəssüf ki, karantin dönəmində neqativ informasiyalara meyil daha çox oldu. Daha çox sinir sistemi, əsəbləri həssas olan, zəif psixologiyaya malik insanların özlərinə qapanmasına və psixoloji durumunun ağır vəziyyətə gəlməsini müşahidə etdik. İnsanın sosial cəhətdən bir mühitdən çıxıb, digər mühitə uyğunlaşması çox çətin məsələdir. Bu baxımından düşünürəm ki, karantin rejiminin təsirləri və yaratdığı gərginliyin mövcud vəziyyətlə bağlılığı var. Həssas kateqoriyaya daxil olan insanların karantin dönəmində daha çox gərginləşdiyini nəzərə alsaq, karantindən sonrakı dövrdə də yüklənmələr ola bilər ki, öz təsirini göstərsin".

Psixoloq-konsultator qeyd edib ki, adaptasiya problemi də gərginliyə səbəb olan məsələlərdəndir. İnsanların iş və karyera baxımından birdən-birə passivləşməsi və birdən-birə aktivləşməsi də stressə səbəb olan məqamlardan biridir. Karantindən sonrakı psixoloji gərginliyin əziyyəti daha çox olacaq və bir müddət davam edəcək"

MURAD ISAYEV - Cemiyyetde yaranan psixoloji problemler ve onunla ...

"Postpandemik sindrom deyilən bir anlayış mövcuddur. Hər hansı bir travmadan sonra insanın bütün daxili stress və gərginlik faktoru, depressiv vəziyyətləri, bütün həssas məqamlar aktivləşir. Bunlar digər insanlara da təsir göstərirə bilirlər. İnsanların adaptasiya olmaları üçün şirkətlərin üzərinə böyük yük düşür. Şirkət rəhbərlərinin işçiləri təzyiq altında saxlaması, təzyiq altında işlətməsi qətiyyən yolverilməzdir. İmkan daxilində, 50 faizdən başlayıb, iş gərginliyini yavaş-yavaş artırmaq lazımdır. İnsan faktorundan və insan həyatından önəmli heç bir şey yoxdur. Bütün bu prosesdə olanlar tədricən, yavaş-yavaş mühitə və rejimə uyğunlaşdırılmalıdırlar. Əks halda kütləvi psixoz deyilən bir vəziyyət yarana bilər. Bu insanların daxilən öz içlərində kütləvi şəkildə motivasiyasızlıq və stress faktorunun artması deməkdir. Nəzərə alsaq ki, media, sosial şəbəkələr kimi faktorlar sayəsində insanalara informasiyaların çatdırılması kifayət qədər əlçatandır, ona görə biz imkan verməməliyik ki, bu vəziyyət psixoz halına gəlib çatsın".

Paylaş »
››› Ermənistan döyüşdəki itkilərini açıqlamağa başlayıb
››› Ramaldanov: “Bizim generallarımız kabinet generalı deyillər”
››› Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb
››› Şəhid generalımız haqda: “Ölümdən qorxmadan briqadaya kimi sürmüşdü erməni traktorunu”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »