Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbli qız araqdan komaya düşüb

Rusiya spirtli içkinin çox qəbul olunduğu ölkələrdəndir. Bunun fəsadları da az olmur.

Bizimyol.info xəbər verir ki, Rusiyada məktəbli qız araqdan komaya düşüb. Leninqrad vilayətinin Rutelitsı kəndində yaşayan yeniyetmə qız təcili xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Statistikaya görə, Rusiyada hər üç yeniyetmə şagirdən biri spirtli içki qəbul edir. Onların 40 faizi içkinin dadına ilk dəfə birinci sinifdə baxır. Rusiyada məktəblilərin 25 faizi pivəni spirtli içki saymır. Narkoloqlar məhz buna görə çoxdandır “pivə alkoqolizmi” ifadəsini işlədir.

Son xəbərlər
Bütün xəbərlər »