Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan məktəblərində qəribə tələb

Türkmənistan qadağalar ölkəsidir. Buna görə də Xəzərin o tayından gələn xəbərlərin çoxuna təəccüblənmək də olmur.

Bizimyol.info xəbər verir ki, bu dəfə Türkmənistan məktəblərində qəribə tələb irəli sürülməsindən söhbət gedir. Aşqabaddakı təhsil ocaqlarında dərslikləri sıradan çıxan məktəblilərdən prezident Qurbanqulu Berdıməhəmmədovun kitabını almağı tələb edirlər.

Aşqabaddakı 55 saylı məktəbdə övladı oxuyan valideynlərdən biri alternativ mediaya açıqlamasında bu davranışı pislədiyini bildirib. Onun fikrincə, təhsil müəssisəsində bu addımı inzibati cəza kimi tətbiq edirlər. Çünki Berdıməhəmmədovun kitabları çox bahadır, qiymət bəzən 200 Türkmənistan manatına (təxminən 60 dollar) çatır.

Aşqabad məktəblərində dərsliklər sentyabrda paylanır. Kitablar çox keyfiyyətli olmadığından, tədris ilinin sonuna qədər sıradan çıxması təbii haldır. Məktəblərin irəli sürdüyü tələb isə valideynlərə heç təbii görünmür.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »