Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda daha 146 nəfər koronavirusa yoluxub

Ermənistanda daha 146 nəfərdə koronavirus aşkarlanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ermənistanda virusa yoluxanların ümumi sayı 3 1 75-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı 44 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. İndiyədək 4 400 498 nəfərə COVID-19 diaqnozu qoyulub.Dünyada koronavirusdan 1 375 812 nəfər sağalıb, 275 329 nəfər isə virusdan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər
Bütün xəbərlər »