Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili: “Yaxın günlərdə Zelenski də bunu açıqlayacaq...”

Ukrayna Prezidenti Vladimir Zelenski yaxın günlərdə Odessanın keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hökumətdə hansı mövqeni tutacağını açıqlayaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediasına Saakaşvili özü açıqlama verib.

“Düşünürəm ki, yaxın günlərdə prezidentin özü də bunu açıqlayacaq. Həqiqətən onunla və prezident administrasiyası ilə, ayrı-ayrı bölmələrlə, ayrı-ayrı parlament rəhbərləri ilə məsləhətləşmələrim oldu”, - eks-prezident qeyd edib.

Saakaşvili mayın 4-də Ukrayna Baş nazirinin müavini Mixail Fedorov ilə görüşdüyünü və məsləhətləşmələr apardığını söylədi.

Aprelin 22-də məlum oldu ki, Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşviliyə baş nazirin islahatlar üzrə müavini vəzifəsini təklif edib.

Son xəbərlər
Bütün xəbərlər »