Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusa yoluxanların sayı yenə azaldı

İtaliyada koronavirus statistikası vəziyyətin yaxşılaşmasından xəbər verir. Az qala hər gün virusa yoluxmaların sayında azalma olur.

Bizimyol.info xəbər verir ki, sutka ərzində İtaliyada cəmi 1075 nəfərin virus testi müsbət nəticə verib. Dünən 1221 nəfərdə infeksiya aşkarlanmışdı. Beləcə, martın 10-dan sonra ən aşağı göstərici qeydə alınıb.

İtaliyada virusa yoluxanların ümumi sayı 213 min 13-ə çatıb. Pasiyentlərin 29 min 315-i həyatını itirib. İtaliya Səhiyyə Nazirliyi 85 mindən çox vətəndaşın sağaldığını bildirir.

Apreldə vəziyyət o qədər pis idi ki, İtaliya hətta yoluxanların və ölənlərin sayına görə bütün ölkələri geridə qoymuşdu. Amma son günlər vəziyyətin yalnız yaxşılaşması müşahidə edilir. Ölkədə karantin rejimi də yumşaldılıb, milyonlarla italyan iş yerinə qayıdıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 3.7 milyon nəfər virusa yoluxub. İnfeksiya 255 mindən çox insanın həyatına son qoyub.

Son xəbərlər
Bütün xəbərlər »