Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternet üzərindən evlənmək dövrü başladı

Koronavirus pandemiyası ilə əlaqədar insanların evlərindən çıxmaq yasağı bir sıra problemləri də özü ilə gətirdi.

Lakin bu eyni zamanda yeni texnoloji dövrün başlanğıcı oldu və insanlar həyatlarının əksər sahələrinə onlayn xidməti daxil etməyi bacardılar. Növbəti addım internet üzərindən nikah kəsilməsi, evlənmə ənənəsinin başlanması oldu.

Baharın gəlişi ilə bir çox insanlar yarım qoyduqları həyata geri dönməyə başladı və təxirə salınmış toy, nikah mərasimlərini gerçəkləşdirmək istədi.

toy, nişan Photo: Pixabay

Bizimyol.info xəbər verir ki, Nyu York valisi Endryu Cuomo evliliklərin internet vasitəsilə, veb kameralarla həyata keçirilə biləcəyini bildirib. “Artıq evlənmək üçün bəhanə qalmadı. İstəyənlər Zoom üzərindən evlənə bilərlər”,- deyə o qeyd edib.

O, evlənmək istəyən cütlüklərin, onların şahidlərinin və nikah məmurunun öz sənədləri ilə birlikdə kamera qarşısına keçməsini, sənədlərin bir surətinin əlaqədar quruma göndərilməsini və bu yolla nikahın bağlanmasının mümkünlüyünü vurğulayıb. Tək şərt videobağlantının canlı olması , öncədən çəkilərək təqdim edilməməsidir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »