Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistanda koronavirusa yoluxanların sayı açıqlanıb

Özbəkistanda daha 45 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Mərkəzi Asiya ölkəsində yoluxma faktlarının sayı 1 450-yə yüksəlib.

Qeyd edilib ki, indiyədək 4 nəfər koronavirusdan ölüb, 146 nəfər isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 250 000-i ötüb. Bunların 571 270 nəfəri sağalıb, 154 268 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər
Bütün xəbərlər »