Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Çində ölənlərin sayı ABŞ-dakından çoxdur” - Tramp

“Çin “görünməz düşmən”in üzündən həyatını itirən insanların sayını ikiqat artıran bir açıqlama yaydı. Əslində ölümlər deyilən rəqəmlərdən də yüksək və ABŞ-dakından çoxdur”.

Bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, Covid-19-dan ölənlərin sayına görə ABŞ Çinə çata bilməz.

Xatırladaq ki, Çin ötən gün Uhanda koronavirusdan ölənlərin sayı ilə bağlı məlumatı daha 1290 nəfər artıraraq 3 min 869 nəfərə çatdırmışdı. Bununla da Çində virusdan ölənlərin sayı 4 min 632 nəfərə yüksəldilmişdi. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »