Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrikada çinliləri “Korona” adlandırırlar - Video

COVİD-19 ilə bağlı ilk məlumat keçən ilin dekabrında Çindən gəlmişdi.

Sonradan bu ölkədə virusa yoluxanların sayı sürətlə artmağa başladı. İndiyə qədər də dünyanın bir çox dövlətlərində koronavirus Çinin adı ilə assosiasiya olunur.

Bizimyol.info xəbər verir ki, Afrikada çinliləri “Korona” adlandırırlar. Sosial şəbəkələrdə paylaşılan bəzi məlumatlarda, videolarda bu məsələ əksini tapıb. “Twitter”də peyda olan bir videoda çinli ər-arvadın Keniyada küçədə təzyiqə məruz qaldığı görünür. İnsanlar onları göstərərək “Korona” adlandırır. Ərin bir afrikalı oğlan ilə bunun üstündə ciddi mübahisə etdiyi hiss olunur. Çinli kişi qışqıraraq deyir ki, onlar koronavirusa yoluxmayıb. Buna baxmayaraq, kənardan “Siz koronasınız” ifadələri eşidilir.

Afrikada indiyə qədər cəmi 16,3 min yoluxma qeydə alınıb. “Qara qitə”də pandemiyadan 840 nəfər həyatla vidalaşıb. Ehtimal olunur ki, temperaturun çox yüksək olması afrikalıları böyük faciədən qoruyur.

Keniya Afrika ölkələrinin siyahısında orta mövqeyi tutur. Cəmi 208 nəfərdə virus aşkarlanıb. Keniya pandemiyadan 9 itki verib. Cənubi Afrika Respublikası 2415 yoluxma faktı ilə qitənin lideridir.

Son xəbərlər
Bütün xəbərlər »