Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Səhiyyə Təşkilatından koronavirusla bağlı daha bir açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İtaliya və İspaniyada koronavirusa yeni yoluxma hallarında səngimə olduğunu bildirsə də, digər Avropa ölkələrində xəstəliyin hələlik artan tempdə irəlilədiyini açıqlayıb.

Bu barədə ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris bu gün Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Biz hələlik pandemiyanın pik həddini müşahidə etmirik, pik həddini keçdiyimizi deyə bilmərik”, - deyə o vurğulayıb.

Avropada hazırkı vəziyyət barədə danışan ÜST rəsmisi qeyd edib ki, mənzərə birmənalı deyil: “İtaliya və İspaniyada yeni yoluxma sayında az miqdarda yavaşıma qeydə alınıb. Lakin digər Avropa ölkələrində, xüsusən də Türkiyə və Böyük Britaniyada yeni yoluxma halları hələ də artır”.

Qeyd edək ki, yeni koronavirus (COVID-19) 2019-cu ilin sonlarına Çində qeydə alınıb, daha sonra digər ölkələrə yayılıb. Bu il martın 11-də ÜST koronavirusu bütün dünyada pandemiya elan edib.

Bu günə olan məlumata görə, artıq bütün dünyada 1.9 milyon nəfər bu virusa yoluxub, 120 mindən artıq insan isə vəfat edib. (Apa.az)

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »