Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda koronavirusa yoluxanların sayı on min nəfəri ötdü

Hindistanda son bir gündə koronavirusa yoluxanların sayı daha 1 200 nəfər artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi bildirib.

Nazirliyin son məlumatına görə, ölkədə koronavirus xəstələrinin sayı 10 363 nəfər təşkil edir.

Ölkədə COVID-19 infeksiyasına yoluxanlardan 1 035-i sağalıb, 339 nəfər isə pandemiyanın qubanı sayılır.

Virusa ən çox yoluxma Maxaraştra ştatındadır – 2 334 nəfər. Paytaxt Dehli siyahıda ikinci (1 510 yoluxma) yerdədir. Tamiland ştatı ölkə üzrə xəstələrin sayı (1 173 nəfər) üzrə sonrakı yeri tutur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər
Bütün xəbərlər »