Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
EIA "Brent" neftinin qiyməti ilə bağlı proqnozları açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, bu il "Brent" markalı neftin qiyməti orta hesabla 43 ABŞ dolları (bir barel üçün) təşkil edəcək, bu da EAI tərəfindən verilən mart proqnozu ilə müqayisədə 10 dollar azdır.

“APA-Economics"in EIA-ya istinadən verdiyi məlumata görə, ötən il bu göstərici 64 dollara bərabər olub. Proqnoza əsasən, bu ilin II rübündə "Brent" markalı neftin orta qiyməti 23 dollar olacaq (öncə ki proqnoza görə - 37 dollar) , ilin ikinci yarısında isə 30 dollara yüksələcək (mart proqnozuna əsasən 42 dollar) .

Agentlik bildirir ki, 2021-ci ildə "Brent" neftinin bahalaşması müşahidə ediləcək. Belə ki, proqnozlara əsasən, gələn il sözügedən markalı neftin qiyməti 45 dollara yüksələcək, bu da ötən ay verilən proqnoz ilə müqayisədə demək olar ki 10 dollar azdır.

Son xəbərlər
Bütün xəbərlər »