Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mağazaya girən baltalı quldur saxlanılıb

Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən şərab evlərinin birində quldurluq cinayətinin baş verməsi barədə məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumat görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Bir nəfər naməlum şəxsin mağazaya daxil olub satıcıya balta ilə hədə-qorxu gələrək, ondan spirtli içki tələb etdiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törədən şəxsin Balakən şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 60 yaşlı Hikmət Mansurov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və cinayəti sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »