Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusdan ölənlərin sayı 8 mini keçdi

İtaliyada hər dəfə koronavirus statistikası açıqlananda ümid edirlər ki, azalma müşahidə olunacaq. Amma vəziyət heç cür yaxşılaşmır.

Bizimyol.info xəbər verir ki, İtaliyada virusdan ölənlərin sayı 8 mini keçib. Bu gün 662 xəstə həyatını itirib. Ümumi ölənlərin sayı 8 min 165-ə çatıb. İtaliya bu göstəriciyə görə dünyada birinci yerdədir.

Bu gün Avropa ölkəsində daha 6153 nəfərdə koronavirus aşkarlanıb. İndiyə qədər İtaliyada 80 min 539 nəfərdə virus müəyyənləşdirilib.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, yanvarın 22-dən bəri 509 mindən çox insanın virusa yoluxması təsdiqlənib. Ölənlərin sayı 23 mini keçib.

Son xəbərlər
Bütün xəbərlər »