Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada virusa yoluxanların sayı 500 minə çatdı

Cəmi iki gün əvvəl dünyada koronavirusa yoluxanların sayının 400 minə çatdığı elan olunmuşdu. Budur, indi 500 mininci virus daşıyıcısından danışılır.

Bizimyol.info xəbər verir ki, dünyada pandemiyaya düçar olanların sayı yarım milyona çatıb. İndiyə qədər virusdan 22 min 334 nəfər həyatını itirib, 121 mindən çox xəstə sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatı virusa yoluxanları yanvarın 22-dən qeydə almağa başlamışdı. İlk yoluxma halı isə keçən ilin dekabrın 11-nə təsadüf etmişdi. Martın 6-da virusa yoluxanların sayının 100 minə çatdığı məlum olmuşdu.

Bu dəqiqələrə olan məlumata görə, ən çox virus daşıyıcısı Çindədir (81 min 285). ABŞ (74 min 982), İtaliya (74 min 386), İspaniya (56 min 197) 50 min həddini keçən ölkələrdir.

Ən çox ölüm İtaliyada qeydə alınıb (7503). İspaniyada 4145, Çində 3287 nəfər virusdan ölüb.

Son xəbərlər
Bütün xəbərlər »