Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa görə işsiz qalanlara pulsuz çörək verir - Video
1-hafta-boyunca-ekmek-yemezseniz-ne-olur--11594065

Xəbər verildiyi kimi, mart ayının 24-dən aprel ayının 20-dək Azərbaycan ərazisində xüsusi karantin rejimi elan edilib. Koronavirus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədə əksər iş yerləri bağlanıb.

Bizimyol.info xəbər verir ki, paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən bir mağazada koronavirusa görə işsiz qalan vətəndaşlara pulsuz çörək verilir.

Alqışlanacaq bir kampaniyaya imza atan kiçik sahibkar marketin şüşəsinə “İmkansızlara çörək pulsuzdur” elanını yapşdırıb.

Qeyd edək ki, bu günlərdə iri sahibkarlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr bağışlayırlar. Kiçik sahibkarlar da öz imkanları daxilində bu prosesə yaşayan vətəndaşlara dəstək olmağa çalışırlar.

Bu günə olan məlumata görə, bu ilin martın 19-da yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu 26 mart tarixi saat 16:04 olan məlumata əsasən fonda cəmi 66,65 milyon manat (Prezidentin və vitse-prezidentin bir illik əməkhaqqısı istisna olmaqla) məbləğində vəsait köçürülmə kimi qeydə alınıbr. Eyni zamanda fiziki şəxslər tərəfindən də 3,469,729 manat köçürülmə edilib. Prezidentin ehtiyat fondundan isə 20 milyon manat ayrılıb.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar
››› “Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb
››› Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı
››› Trampın açıqlaması neftin qiymətini kəskin artırdı
››› Operativ Qərargah: “Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər”
Son xəbərlər
Bütün xəbərlər »