Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Marneuli və Bolnisidə 2 nəfərdə koronavirus aşkarlanıb
Azərbaycanda biotəhlükəsizlik laboratoriyaları açıldı - Foto

Gürcüstanın Bolnisi rayonunda sürətli koronavirus testləri zamanı azərbaycanlı qadında koronavirus aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının kliniki direktoru Lali Turdzeladze bildirib.

Onun sözlərinə görə, virus 24-25 həftəlik hamilənin testi müsbət olub. Qadının Tbilisiyə gətirildiyi və burada təkrar analizlərinin Luqar klinikasına göndəriləcəyi qeyd olunub.

Bundan başqa, Marneuli rayonunda daha bir nəfərdə koronavirusa yoluxma təsdiqlənib. L. Turdzeladze bildirib ki, həmin şəxsin birinci yoluxma ilə əlaqəsinin olub-olmaması hələlik məlum deyil.

Qeyd edək ki, 23 mart tarixindən etibarən azərbaycanlıların Marneuli və Bolnisi rayonlarında sərt karantin rejimi elan edilib.

Paylaş »
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »