Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da virusa yoluxanların sayı 50 mini ötdü

İtaliyada koronavirusla bağlı vəziyyət çox müzakirə olunur.

Əslində, ABŞ-da ümumi durum daha faciəvi görünür. Nəhəng dövlətdə hər gün hamıdan çox virusa yoluxma halı qeydə alınır.

Bizimyol.info xəbər verir ki, ABŞ-da koronavirus daşıyıcılarının sayı 50 mini ötüb. İndiyə olan məlumata görə, bu gün 7126 nəfərin testi müsbət nəticə göstərib. Beləcə, say 50860-a çatıb. Təəssüf ki, daha 100 nəfər həyatını itirib. Ölənlərin ümumi sayı 653-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, 410 min 465 nəfərdə virus aşkarlanıb. Həmin adamların 107 minindən çoxunun sağaldığı, 18 min 295 nəfərin öldüyü bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »