Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: “Traktor və sauna hər şeyi sağaldır”

“Türkmənistanda virusu möcüzəvi bitki öldürməlidir. Belarus prezidenti Lukaşenko isə traktor sürmək və saunaya getməyi məsləhət görür”, - “Die Tageszeitung” belə yazır.

Bizimyol.info xəbər verir ki, Almaniya nəşri diktatorların virusdan qorunma tövsiyələri haqda yazı hazırlayıb. Yazıda Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun koronavirusa münasibətindən bəhs edilir.

“Berdıməhəmmədov sələfi Saparmurad Niyazovun izolyasiya ənənələrini uğurla davam etdirir. Rəsmi məlumata görə, Türkmənistanda bir nəfər də olsun virus daşıyıcısı yoxdur. Amma, deyəsən, Berdıməhəmmədov rəsmi statistikanın səhihliyinə güvənmir. Paytaxt Aşqabadda yaşayış binalarının girişinə nəzarət olunur, içəri yalnız sakinlər buraxılır. Əvvəllər stomatoloq işləmiş Berdıməhəmmədov xalqa məsləhətlər verir. Özünü flora mütəxəssisi sayan prezident inanır ki, “qarmala” adlanan bitkinin tüstüsünün güclü dezinfeksiya qabiliyyəti var”, - jurnalist Barbara Ertelin məqaləsində bunları oxumaq mümkündür.

Qəzet Lukaşenkonun da virusdan qorunmaq üçün öz metodu olduğunu yazır: “Biz başqa viruslar da görmüşük. Bunun da öhdəsindən gələcəyik. Kəndlərə gedin, insanlar tarlalarda işləyir. Heç virusdan danışmırlar. Traktor hər şeyi sağaldır. Bir az saunada tərləyirsən, virus çıxıb gedir”.

Son xəbərlər
Bütün xəbərlər »