Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokio Olimpiadası təxirə salına bilər

Yaponiyanın baş naziri Şinzo Abe Beynəlxalq Olimpiya Komitəsinin qərarından asılı olaraq ölkəsinin 2020-ci il Tokio Olimpiadasının təxirə salınmasını qəbul edəcəyini deyib.

APA-nın Yaponiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Şinzo Abe Parlamentin Yuxarı Palatasının Büdcə Komitəsinin görüşündə bildirirb. "Yayda keçirilməsi nəzərdə tutulan yay olimpiya oyunlarını tam formatda keçirmək mümkün olmadığı halda bu oyunları təxirə salmaqdan başqa çarəmiz olmayacaq", -deyə baş nazir qeyd edib.

Baş nazir deyib ki, oyunları ləvğ etmək ölkənin seçimləri siyahısında yoxdur: "Düşünürəm ki, Beynəlxlaq Olimpiya Komitəsi də bu mənada bizimlə həmfikirdir".

Son xəbərlər
Bütün xəbərlər »