Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə böyük bir şəhərdə xeyli virus daşıyıcısı olduğu bildirildi - Video

Türkiyədə rəsmi məlumatlarda indiyə qədər 18 nəfərdə virus aşkarlandığı qeyd olunur. Amma bəzi mənbələr rəqəmlərin gerçək olmadığını iddia edir.

Bizimyol.info xəbər verir ki, Türkiyədə böyük bir şəhərdə xeyli virus daşıyıcısı olduğu bildirilir. Bu iddianı Türk Təbiblər Birliyi Mərkəz Konsey başqanı Sinan Adıyaman səsləndirib. Professor, əslində, Türkiyənin böyük şəhərlərinin birində xeyli insandan götürülən testlərin müsbət nəticə verdiyini, amma bunun rəsmi məlumatlarda yer almadığını söyləyib.

Ümumiyyətlə, bütün dünyada gerçəyin gizlədilməsi ilə bağlı iddalar var. Zamanla Çin, İran haqqında belə fikirlər səsləndirilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünyada virus daşıyıcılarının sayı 175,2 min nəfəri keçib. 6 min 713 nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »