Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan müxalifəti etiraz aksiyalarını dayandırıb

Gürcüstan müxalifəti hakim partiyaya qarşı etiraz aksiyalarını dayandırdığını bəyan edib.

Bu barədə müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze bildirib. O deyib ki, ötən gün hakim “Gürcü Arzusu” Partiyası ilə razılığın əldə edilməsindən sonra müxalifət etiraz aksiyalarına moratorium elan ediləcək.

Qeyd edək ki, ötən il iyunun 21-dən Tbilisidə keçirilən genişmiqyaslı etiraz aksiyalarında 2020-ci ildə parlament seçkilərinin proporsional (partiya siyahısı) sistemlə keçirilməsi tələb edilib. Ötən gün ABŞ-ın bu ölkədəki səfirliyində müxalifətlə hakim partiya arasında keçirilən görüşdən sonra 2020-ci ilin payızında keçiriləcək seçkilərin 120 yer proporsional və 30 yer majoritar olmaqla, 1% baryerlə keçirilməsi barədə razılığa gəlinib. Razılığa əsasən, ümumi səslərin 40%-dən çoxunu toplaya bilməyən partiya parlament çoxluğu sayılmayacaq.(apa)

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
Son xəbərlər
Bütün xəbərlər »