Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliyada koronavirusa yoluxanların sayı artıb

Avstraliyada koronavirusa yoluxanların sayı 80-ə çatıb, bunlardan 3-ü ölüb, 22 nəfəri isə sağalıb.

RT xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yoluxanların böyük əksəriyyəti Yeni Cənubi Uels ştatındadır.

“Reuters” xəbər verir ki, ölkənin Tibb Ofisinin rəhbəri Brendan Mörfi Melburnda jurnalistlərə ölkədə yoluxma hallarının yalnız birinin ətrafdakılardan keçdiyini, qalanlarının isə xarici ölkələrdən qayıdanlar olduğunu qeyd edib.

“Hazırda bütün səylərimizi təmasları izləməyə və təcrid etməyə cəmləmişik”, - deyən tibb rəsmisi virusa qarşı öncədən tədbirlər gördüklərini açıqlayıb.(report)

Son xəbərlər
Bütün xəbərlər »