Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: "Saudi Aramco" Rusiyanın neft bazarında mövqeyini zəiflətmək istəyir

Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft korporasiyasının neftin qiymətini kəskin azaltması Rusiyanın bu enerji daşıyıcısı üzrə dünya bazarındakı mövqeyinin zəifləməsinə yönəlib.

Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə “The Wall Street Journal”-a Neft İxrac edən Ölkələr Təşkilatında (OPEC) olan mənbələr bildirib.

"Bu, Rusiya bazar seqmentinin payını ələ keçirmək üçün təcavüzkar bir kampaniyanın elementidir", - mənbələr qeyd edir.

Qeyd edək ki, şənbə axşamı "Saudi Aramco" rəhbərliyi ABŞ-a neft tədarükünün qiymətinin bir barel üçün 7, Şimali Avropa ölkələr üçün 8, Cənub-Şərq ölkələri üçün 6 dollar ucuzlaşdıracağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, indiyə olan məlumata əsasən, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,51% azalaraq 1 barelə görə 33,27 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,83% azalaraq 29,79 dollar təşkil edib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »