Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə öskürən çinlini avtobusdan qovdular

Koronavirusa görə dünyanın hər yerində çinlilərdən çəkinirlər.

İtaliyada restoranlardan birində onların içəri daxil olmasını bildirən lövhə asılmışdı. Hətta uzaq Kanadada da maska istifadə etməyən çinlilərə xəbərdarlıq olunur.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Nijnevartovsk şəhərində öskürən çinlini avtobusdan qovublar. Syuli Suy başına gələn hadisə barədə yerli mətbuata danışıb. Onun dediyinə görə, cəmi bir dəfə öskürməsi ictimai nəqliyyatda etiraza səbəb olub. Onu dərhal avtobusu tərk etməyə məcbur ediblər.

Syuli deyir ki, çinlilərə şəhərdə münasibət pisdir. İctimai yerlərdə rahat gəzmək olmur. Hamı ondan uzaq gəzməyə çalışır.

Çinli avtobusdan qovulsa da, ona gedişhaqqını qaytarıblar. Suy daha ictimai nəqliyyatdan istifadə edə bilməyəcəyini söyləyir.

Bundan əvvəl Nefteyuqansk şəhərində yaşayış binalarından birində sakinlər 15 çinlini məcbur karantinə göndərmişdilər. Xəstəxanada onların heç birinin koronavirusa yoluxmadığı üzə çıxmışdı.

Son xəbərlər
Bütün xəbərlər »